Əfqanıstanla qonşu dövlətlərin XİN rəhbərləri bu ölkədəki terrorçu qruplarla bağlı görüşəcəklər

Əfqanıstanla qonşu dövlətlərin XİN rəhbərləri bu ölkədəki terrorçu qruplarla bağlı görüşəcəklər Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin dördüncü iclası aprelin 13-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
Iclasda Əfqanıstanın coğrafi qonşuları olan Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan, İran və Çinin xarici siyasət idarələrinin rəhbərləri ilə yanaşı, Rusiyanın xarici işlər naziri də iştirak edəcək.
Görüşdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və Əfqanıstanda terrorçu qrupların fəaliyyəti məsələləri müzakirə olunacaq. Əfqanıstan nümayəndə heyətinin toplantıda iştirakı barədə məlumat verilməyib.
Taliban hökumətinin sözçüsü Zabiullah Mücahid görüşü şərh edərkən deyib ki, Əfqanıstan təhlükəsiz və sabit ölkədir. Bu sabitlik qonşu ölkələr, habelə bütün bölgə üçün faydalıdır. Onlar uzunmüddətli sülhün və təhlükəsizliyin təminatı üçün Əfqanıstanla diplomatik və iqtisadi əməkdaşlıq etməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər