Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Yuriy Kopılov və institutun professoru İrina Leşutina Azərbaycan Dillər Universitetində (ADU) olublar.
ADU-nun rektoru akademik Kamal Abdulla qonaqlara universitetdəki dil və mədəniyyət mərkəzləri, eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri haqqında məlumat verib. Rektor bildirib ki, Dövlət Rus Dili İnstitutu ilə ADU-nun Rusiyaşünaslıq Elmi Mərkəzinin sıx və faydalı əlaqələri var, bu əməkdaşlığın gələcək inkişafı üçün geniş imkanlar mövcuddur.
Qeyd olunub ki, ADU-nun Rusiya, Çin, Pakistan, İndoneziya, Serbiya və Rumıniyada mərkəzləri fəaliyyət göstərir. Görüşdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin Dövlət Rus Dili İnstitutunda fəaliyyət göstərməsi haqqında da müzakirə aparılıb.
Rusiyalı qonaqlar ADU haqqında müsbət təəssüratlarını bölüşüb, iki ali təhsil ocağının müxtəlif istiqamətlərdə olan əməkdaşlığına diqqət çəkiblər.
Tehsil-press.az