Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Görüşdə ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, səfirlik və universitet arasında əməkdaşlıq iki ölkə arasında əlaqələrin də dərinləşməsinə səbəb olacaq. ADU-da İspan dili mərkəzi uğurla fəaliyyət göstərir, tələbələr bu dili böyük həvəslə öyrənirlər.
Xaricdə altı Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini deyən akademik Kamal Abdulla Meksika universitetlərindən birində belə bir mərkəzin yaradılması təklifini irəli sürüb.
Rektor qonağı “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə dəvət edib.
Xanım Mariya Viktoriya Romero Kabalyero ADU-da ispan dilinin yüksək səviyyədə tədris edildiyinə görə təşəkkürünü bildirib. Səfir əməkdaşlıq üçün geniş perspektivlər olduğunu diqqətə çatdırıb. Meksika universitetləri ilə əlaqələrin yaradılması, Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması təklifi müsbət dəyərləndirilib və bununla bağlı danışıqlar aparılacağı diqqətə çatdırılıb. Xanım diplomat meksikalı tələbələrin Azərbaycan dili və mədəniyyətini öyrənməsində maraqlı olduğunu əlavə edib.
Daha sonra Meksikanın ölkəmizdəki səfiri universitetdə fəaliyyət göstərən mərkəzlərlə tanış olub.
Tehsil-press.az