ADU-nun təcrübəçi tələbələri şagirdlər üçün bilik yarışı təşkil ediblər

ADU-nun təcrübəçi tələbələri şagirdlər üçün bilik yarışı təşkil ediblər Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Vəfa Babayevanın və Təhsil -2 fakültəsinin Nəsimi rayonu 19 nömrəli tam orta məktəbində təcrübədə olan tələbələrinin təşkilatçılığı ilə şagirdlər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Kim? Nə? Harada?” adlı bilik yarışı keçirilib.
Yarışdan əvvəl Heydər Əliyevin Azərbaycan gəncləri və uşaqları haqqında fikirlərini özündə əks etdirən qısametrajlı film nümayiş olunub.
Bilik yarışmasında 3 komanda (“Xəzər”, ''Kainat'' və “Xarıbülbül” komandaları) iştirak edib. Məktəbin 7, 8 və 9–cu sinif şagirdlərindən ibarət olan komandaları 2 turda öz biliklərini nümayiş etdiriblər.
Sonda şagirdlərə bilik yarışmasında tutduqları yerlərə uyğun diplom və hədiyyələr təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər