ATU-da bilik yarışı keçirilib

ATU-da bilik yarışı keçirilib Azərbaycan Texnologiya Universitetində (ATU) bələdiyyələrə həsr olunan bilik yarışı keçirilib. Universitetin İnzibati idarəetmə kafedrasının təşəbbüsü ilə keçirilən yarışda Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi Elşad Məmmədov və Nizami bələdiyyəsinin nümayəndəsi Elçin Ələkbərov da iştirak edib.
Bilik yarışında ATU-nun Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan 2 və 3-cü kurs tələbələrindən təşkil olunan 4 komanda iştirak edib. 3 turda keçirilən yarışda təqdim olunan suallar tələbələrin nəzəri və təcrübə biliklərini yoxlamaq məqsədi daşıyıb və əsasən yerli özünüidarəetmə orqanlarının yaranması, fəaliyyəti, eləcə də bu sahədəki mövcud qanunvericiliyi əhatə edib.
1-ci turda "Turan" komandası "Göygöl" komandası üzərində, 2-ci turda isə "Kəpəz" komandası "Nizami" komandası üzərində qələbə qazanıb. Nəhayət final qarşılaşmasında topladığı ballarla "Turan" komandasını üstələyən "Kəpəz" komandası yarışın qalibi olub. Qalib komandanın üzvlərinə mükafatlar təqdim olunub.

ATU-nun Mətbuat Xidməti


ATU-da bilik yarışı keçirilibATU-da bilik yarışı keçirilibATU-da bilik yarışı keçirilib

Oxşar xəbərlər