Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan "Gəlin birgə oxuyaq" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva "Oxu mədəniyyəti" tədbirlər planında yer alan "Gəlin birgə oxuyaq" layihəsi barədə məlumat verib. İlk dəfə keçirilən tədbirin milli nəsrin parlaq simalarından olan Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr edildiyini diqqətə çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova Mir Cəlal Paşayevin elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən söz açıb. Ədibin yaradıcılığını tədqiq edən professor onun aforizmlərini səsləndirib, eyni zamanda, Mir Cəlal Paşayevə həsr etdiyi "Mir Cəlalın hikmətli kəlamları", "Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri", "Mir Cəlalın aforizmləri" kitablarını Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib.
Dosent Aynur Paşayeva milli nəsrin zənginləşməsində xüsusi rolu olan Mir Cəlal Paşayevin nüfuzlu alim, yorulmaz pedaqoq, unudulmaz müəllim, humanist insan kimi həyat cizgilərindən maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra UNEC Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin üzvləri ədibin “Dənizin cinayəti” şeirini, “Ramazan həsrəti” felyetonunu və “İclas qurusu” hekayəsini səsləndiriblər.
Tehsil-press.az