Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş “Mir Cəlalın insanlıq fəlsəfəsi” adlı beynəlxalq elmi seminar keçirilib.
Professor və müəllimlərin, tələbələrin, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan nümayəndələrin iştirak etdikləri tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev böyük alim və pedaqoq, ədib Mir Cəlal Paşayevin mənalı ömür yolundan, səmərəli elmi, pedaqoji fəaliyyətindən, zəngin ədəbi yaradıcılığından danışıb. Rektor bildirib ki, böyük sənətkar, müdrik ziyalı Mir Cəlalın yaradıcılığı parlaq şölə kimi daim ədəbiyyatımızı, mədəniyyətimizi, Azərbaycan bədii fikrini işıqlandırır. Mir Cəlal Paşayev nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına xidmət edib. O, bütün həyatını, fəaliyyətini elmə, təhsilə, ədəbiyyata həsr edib. Azərbaycan elmi fikrinin formalaşmasında və inkişafında alimin xüsusi rolu olub. Bir çox klassik və müasir sənətkarların yaradıcılıq xüsusiyyətlərinin dərindən araşdırılmasında, ədəbiyyatımızın tədqiqinə dair elmi əsərlərin yazılmasında, ədəbi-tənqidi fikrin inkişafında Mir Cəlalın xidmətləri əvəzsizdir.
O, Mir Cəlalın əsərlərinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Cəfər Cabbarlı, Süleyman Rüstəm və bir çox görkəmli ədiblər haqqında tədqiqatları, məqalələri, monoqrafiyaları elmimiz, ədəbiyyatımız üçün dəyərli mənbələrdir. Böyük vətənpərvər yazıçı yaradıcılığında millilik və azərbaycançılıq ideyasına xüsusi önəm verib. Yazıçı xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsini ustalıqla əks etdirib. Mir Cəlal BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, universitetin əvəzolunmaz pedaqoqlarından biri kimi öz məktəbini yaradıb, neçə-neçə görkəmli ədəbiyyatşünas-alim yetişdirib. Onun yetirmələri universitetdə Mir Cəlal məktəbini ləyaqətlə davam etdirirlər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mir Cəlalın əsərləri ilə böyüyən nəsillərin ürəyində görkəmli yazıçının əziz xatirəsinin daim yaşayacağını bildirib. O qeyd edib ki, Mir Cəlal göründüyü kimi olan, əsərlərində yazdığı, təbliğ etdiyi dəyərləri ilə yaşayan, öz həyatı ilə nümunə olan yazıçı idi: “Mir Cəlal heç vaxt ədəbiyyatın maraqlarını dövrün maraqlarına qurban verməyib. Məhz ona görə də onun əsərləri günümüzdə də rahatlıqla çap edilir. Ötən əsrin 30-cu illərində çoxları dövrün konyukturasına uyanda Mir Cəlal Füzulidən yazırdı, XX əsrin başlanğıcındakı ədəbi məktəbləri araşdırırdı. Mir Cəlal böyük müəllim idi, minlərlə gəncin yetişməsi onun ən böyük xidmətlərindəndir”.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev çıxışında Mir Cəlalı “türk dünyasının böyük ədibi” adlandırıb. O qeyd edib ki, görkəmli yazıçının “Bir gəncin manifesti” əsəri keçmiş Sovet İttifaqının ən məşhur romanlarından, Mərdan, Bahar, Sona obrazları isə gənclər üçün örnək idi. O, türk dünyasının Mir Cəlal kimi ədiblərlə fəxr etdiyini diqqətə çatdırıb və türkdilli dövlətlər arasında mədəniyyət sahəsində əlaqələri daha da dərinləşdirmək üçün şair və yazıçıların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri Ədibə Paşayeva qeyd edib ki, Mir Cəlalın 115 illik yubiley tədbirlərinin mötəbər seminarla BDU-da başlaması təsadüfi deyil. Çünki BDU Mir Cəlal üçün doğma məkan idi.
Ədibə Paşayeva bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi olan Mir Cəlal böyük yazıçı, alim, pedaqoq və insan idi. Mir Cəlalın zəhmət, istedad üzərində qurulan həyatı, fəaliyyəti gənclər üçün nümunə sayılır.
Sonra Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət xadimi, şair Nurlan Kalıbekov, Saxa (Yakutiya) Yazıçılar Birliyi sədrinin müavini Qavril Androsov, İraq türkmənlərinin tanınmış nümayəndəsi, şair-publisist, ictimai xadim Şəmsəddin Kuzəçi, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının sədri Tərlan Qasımov çıxışlarında Mir Cəlalın Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və elmə, təhsilə verdiyi dəyərli töhfələrdən bəhs ediblər.
Tehsil-press.az