Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Əvvəlcə elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə tər gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Beynəlxalq tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirib.
Akademik İ.Həbibbəyli dahi rəhbər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb. O bildirib ki, müstəqilliyin başlanğıc illərində ölkənin üzləşdiyi çətin və mürəkkəb ictimai, siyasi vəziyyətdən xilas olmasında böyük təcrübəyə sahib olan dünyaşöhrətli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub: “Məhz Heydər Əliyevin zəngin təcrübəsi, dövlət başçısı kimi qətiyyətli mövqeyi, səriştəsi, liderlik qabiliyyəti siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqını və müstəqil Azərbaycan dövlətini neçə-neçə böyük imtahanlardan çıxarıb. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurub və onu inkişaf etdirib”.
Ulu Öndər Heydər Əliyevin elm və təhsilə daim böyük önəm verdiyini vurğulayan İsa Həbibbəyli qeyd edib ki, dahi rəhbərin ideyalarını uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində müstəqil Azərbaycanda iqtisadiyyat, elm, təhsil, mədəniyyət, səhiyyə, bir sözlə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunur.
AMEA prezidenti bu gün Azərbaycan elminin yenidən qurulduğunu, təşkilatlandığını və yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. O, Akademiyanın qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə diqqət çəkib. Akademik İ.Həbibbəyli AMEA tərəfindən Ümummilli Liderin əvəzsiz xidmətlərinə, fəaliyyətinə həsr olunmuş çoxsaylı əsərlərin nəşr etdirildiyini vurğulayıb, “Heydər Əliyev İli”nə töhfə olaraq yeni kitab və monoqrafiyaların nəşr olunmasının nəzərdə tutulduğunu qeyd edib.
AMEA rəhbəri bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans riyaziyyatın aktual problemlərinin müzakirəsi və dünyanın müxtəlif ölkələrindən tədbirə qatılmış riyaziyyatçı alimlərlə elmi əlaqələrin genişlənməsinə dəstək verəcək.
Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, misilsiz xilaskarlıq rolundan, zəngin dövlətçilik təcrübəsindən bəhs edib.
Baş direktor qeyd edib ki, 1969-cu ildәn 1980-ci illərin ortalarına qədər Azərbaycanın şəhər, kənd və qəsəbələrində müasir tələblərə cavab verən 700-ə qədər məktəb binasının tikilməsi, beş yeni ali məktəbin açılması, 1970-ci illәrdәn başlayaraq 1987-ci ilədək 15 mindən çox Azərbaycan gəncinin ölkəmizdən kənarda təhsil almağa göndərilməsi, 1972-ci ildən başlayaraq hər il 300-400 azərbaycanlı gəncin hərbi ali təhsil almaq üçün SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilməsi Ümummilli Liderin Azərbaycan xalqı qarşısında xidmətlərinin yalnız kiçik bir hissəsidir.
Tədbirdə çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi akademik Asəf Hacıyev, Türkiyənin Uşak Universitetinin rektoru professor Ekrem Savaş, Özbəkistan Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun direktoru akademik Şavkat Ayupov, professor Hamlet İsaxanlı və digərləri Ulu Öndərin misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən, bu istiqamətdə həyata keçirdiyi islahatlardan bəhs ediblər.
Qeyd edək ki, Azərbaycanın alim və mütəxəssisləri ilə yanaşı, dünyanın 15 ölkəsindən 23 nümayəndənin iştirak etdiyi konfransda 180-dən çox məruzə təqdim olunacaq.
Konfrans aprelin 28-dək davam edəcək.
Tehsil-press.az