“Heydər Əliyev İli” çərçivəsində UNEC-də keçirilən müsabiqənin qalibləri müəyyənləşib

“Heydər Əliyev İli” çərçivəsində UNEC-də keçirilən müsabiqənin qalibləri müəyyənləşib “Heydər Əliyev İli” çərçivəsində UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə inşa və şeir müsabiqəsi keçirilib.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva və Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov müsabiqənin şərtləri barədə iştirakçılara məlumat verib, tələbələrə uğurlar arzulayıblar.
Müsabiqədə Azərbaycan dili kafedrasının dosentləri Mətanət Əmrahova, Aybəniz Hüseynova, Vəfa Allahverdiyeva və Günal Səfərlinin tələbələri maraqlı çıxışları ilə seçiliblər.
Münsiflər heyətinin qərarı ilə şeir müsabiqəsi üzrə I yerə İqtisadiyyat və idarəetmə fakültəsinin 1-ci kurs tələbəsi Turan Mirzəyev, “SABAH” mərkəzinin 2-ci kurs tələbəsi Nəzirə Adıgözəlova, Biznes və menecment fakültəsinin 1-ci kurs tələbəsi Əbdülsəməd Məmmədov layiq görülüblər. II yeri UNEC Dizayn məktəbinin tələbəsi Fatimə Əliyeva, Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Afət Rəhimova, Maliyyə və mühasibat fakültəsinin tələbəsi Fidan Vəlizadə, III yeri isə Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbəsi İsmayıl Abbasov, Maliyyə və mühasibat fakültəsinin tələbəsi Xeyransa Yusifova, UNEC Dizayn məktəbinin tələbəsi Kübra Bayramlı qazanıb.
Sonda müsabiqə iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər