UNEC-də tədbir: Heydər Əliyevin təhsil siyasətinə retrospektiv baxış

UNEC-də tədbir: Heydər Əliyevin təhsil siyasətinə retrospektiv baxış UNEC-də “Heydər Əliyev İli” çərçivəsində “SABAH” Mərkəzinin təşkilatçılığı və Kitabxana İnformasiya Mərkəzi əməkdaşlarının iştirakı ilə “Heydər Əliyevin təhsil siyasətinə retrospektiv baxış” adlı tədbir keçirilib.
Tədbiri “SABAH” Mərkəzinin rəhbəri dosent Aida Quliyeva açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında müstəsna xidmətlərindən danışıb. O, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə təhsilin bütün səviyyələrinin, o cümlədən ali təhsilin inkişafına xüsusi diqqət ayırdığını bildirib. Aida Quliyeva Ulu Öndərin təşəbbüsü ilə hələ sovet dövründə minlərlə azərbaycanlı gəncin SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə göndərildiyini, bu faktorun dövlət müstəqilliyinin bərpasından sonra da Azərbaycanın hərtərəfli inkişafının əsas amillərindən biri kimi çıxış etdiyini xüsusi vurğulayıb.
“SABAH” Mərkəzinin müəllimi Gülər Əliyeva məruzəsində Ulu Öndər Heydər Əliyevin müxtəlif tarixi mərhələlərdə Azərbaycan təhsilinin inkişafındakı roluna dair nümunələr təqdim edib və statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
UNEC-in Əsaslı kitabxanasının müdir müavini Yusif Musayev isə dahi şəxsiyyət Heydər Əliyevin təhsil siyasətinin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında və intellektual gəncliyin formalaşmasında əhəmiyyətli rolundan danışıb.
Müzakirə formatında davam edən tədbirdə tələbələr Heydər Əliyev irsi ilə bağlı fikirlərini bölüşüblər.

Tehsil-press.az

Oxşar xəbərlər