Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib

Lütfi Zadə adına məntiq olimpiadası və fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib Respublikanın bütün şəhər və rayonlarında Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi keçirilib.
Şagirdlər mayın 8-dən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası ümumi təhsil müəssisələrinin V sinif şagirdləri, fənn müsabiqələri isə VI və VII sinif şagirdləri üçün təşkil olunur.

Tehsil-press.az



Oxşar xəbərlər