BMT-nin İnsan Haqları Şurası bütün üzv ölkələrə mütəmadi olaraq tətbiq etdiyi prosedurla Fransada insan hüquqlarının vəziyyətini araşdırıb. Miqrantlara hücumlar, irqi profilləşdirmə, polis zorakılığı...
Mayın 1-də Fransa insan haqlarının vəziyyətini araşdıran BMT-nin yenidən tənqid hədəfinə çevrilib. İnsan Hüquqları Şurası Fransada insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələrdən sonra ABŞ, Tunis də daxil olmaqla çox sayda ölkə Fransanın zorakılıq və irqi ayrı-seçkiliklə bağlı mübarizə səylərini gücləndirməyə çağırıblar.
"Fransaya antisemitizm və müsəlmanlara qarşı dini nifrətdən qaynaqlanan cinayətlər və zorakılıq təhdidləri ilə mübarizə səylərini gücləndirməyi tövsiyə edirik",-deyə ABŞ nümayəndəsi Kelli Billinqsli bildirib.
Fransada irqçiliyin artdığı qeyd edilib. Qurumdakı Çin nümayəndəsi isə Fransanı miqrantların hüquqlarını pozan tədbirləri dayandırmağa çağıraraq, ölkədə irqçilik və ksenofobiyanın artdığını diqqətə çatdırıb. Braziliya və Yaponiya nümayəndələri təhlükəsizlik qüvvələri tərəfindən irqi profilləşdirməni tənqid edərək, Fransa hakimiyyətini Cənubi Afrika qərəzsiz araşdırmalar aparılmasına zəmanət verən tədbirlər görməyə çağırıb. Hətta BMT və QHT-lər tərəfindən mütəmadi olaraq ciddi insan haqları pozuntularına görə pislənən üç ölkə - Rusiya, Venesuela və İran da Fransada xüsusilə polis zorakılığını tənqid ediblər.
Tehsil-press.az