Çavuşoğlu Moskvada Lavrovla danışıqlar aparacaq

Çavuşoğlu Moskvada Lavrovla danışıqlar aparacaq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 10-da rusiyalı həmkarı Sergey Lavrovla görüşmək və Suriya üzrə dördtərəfli danışıqlarda iştirak etmək üçün Moskvaya gedəcəyini bildirib.
“Biz Moskvadan rəsmi təsdiq almışıq. Mayın 10-da Moskvaya yola düşəcəyik. Səhər mənim Lavrovla danışıqlar aparmaq imkanım olacaq və bundan sonra biz nazirlərin görüşündə iştirak edəcəyik”, – Türkiyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, Ankara ilə Dəməşq münasibətlərinin nizamlanmasına dair görüşdə Rusiya, İran, Suriya və Türkiyənin nümayəndələri iştirak edəcək. İran, Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü aprelin 10-da keçirilməli idi, lakin may ayına təxirə salınmışdı.

Tehsil-press.az


Oxşar xəbərlər