Bu il təqribən 800 nəfər xarici dildən, 600 nəfər riyaziyyatdan yüz faiz nəticə göstərib

Bu il təqribən 800 nəfər xarici dildən, 600 nəfər riyaziyyatdan yüz faiz nəticə göstərib Builki məzunlar arasında təxminən 800 nəfər xarici dildən 100 faiz nəticə göstərib.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib. O deyib: “Riyaziyyatdan 100 faiz nəticə göstərənlərin sayı təxminən 600-dür. Onlar riyaziyyatdan 100 faiz nəticə göstərirlərsə, ola bilsin, ana dilindən 85 faiz nəticə göstərirlər. Onlar yaxşı, bacarıqlı uşaqlardır. Həmin məzunların nəticələri həm bizim təhsil standartlarına, həm də beynəlxalq standartlara da cavab verir”.

Tehsil-press.az



Oxşar xəbərlər