Serbiya Prezidenti Aleksandar Vuçiç atışmalardan sonra ölkədəki bütün məktəblərin silahlı polis tərəfindən qorunacağını deyib.
“Onlar yaxşı silahlanmış, təchiz edilmiş və güc tətbiq etməyə hazır olacaqlar”, - deyə Prezident bildirib.
Bundan əvvəl Serbiyanın təhsil naziri Branko Ruziç Belqradda məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra istefa verib. Belqrad hakimiyyəti mayın 3-də və 5-də baş vermiş qırğınlarda həlak olanların xatirəsini yad edib.
O da məlum olub ki, Vuçiç ölümlə nəticələnən iki atışmadan sonra silahlara nəzarəti yaxşılaşdırmaq və məktəblərin təhlükəsizliyini gücləndirmək üçün bir sıra sərt tədbirlər təklif edib.
Tehsil-press.az