Bakı Slavyan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin nəzdində Jurnalistika kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan mətbuatı” mövzusunda elmi seminar keçirilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi seminarda çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, Ümummilli Liderin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi çoxşaxəli fəaliyyəti ilə zəngindir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qarşısında geniş imkanlar açıldı. Dahi şəxsiyyətin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müəyyənləşdirilən inkişaf konsepsiyası bütün çətinliklərin aradan qaldırılmasını şərtləndirdi.
Vurğulanıb ki, Ulu Öndərin hakimiyyətinin hər iki dövrü azərbaycançılıq ideologiyasının inkişafı, təkmilləşdirilməsi ilə xarakterizə edilir. Həmin dövrlərdə tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, dilimizin inkişafı əsas məsələ kimi öndə dayanmışdı. Azərbaycan dilinin dövlət dili statusu qazanması Ümummilli Liderin qətiyyətinin və cəsarətinin nəticəsidir. Belə ki, dahi şəxsiyyətin səyləri nəticəsində Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
Anar Nağıyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətçiliyin əsaslarını yaratdı. Milli Konstitusiyamız qəbul olundu. İnsan amili dövlət siyasətinin əsası kimi daim diqqətdə oldu. Bu gün Azərbaycana hansı sahədən diqqət yetirsək Ümummilli Liderin misilsiz xidmətlərinin silinməz izlərini görürük. Bu xidmətlərin təməlində isə dövlətə, xalqa bağlılıq, Azərbaycanı daim zirvələrdə görmək istəyi dayanırdı.
Rektor bildirib ki, azad mətbuatın inkişafı demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amil kimi Ümummilli Liderin fəaliyyətinin əsasında dayanmışdı. Mətbuat-cəmiyyət münasibətlərini tənzimləmək məqsədilə Jurnalistlərin I qurultayında Mətbuat Şurasının yaradılması, media sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Liderin bu sahəyə diqqətinin bariz nümunələridir. Ulu Öndərin yaratdığı bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadənin “Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda çıxışı dinlənilib. Ulu Öndərin hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söz açan Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın milli mətbuatı böyük mübarizə və inkişaf yolu keçərək indiki mərhələyə gəlib çatıb. Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə dahi şəxsiyyət Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının götürülməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının daha da inkişafının əsası qoyuldu.
Vüqar Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyev jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atıb, fərman və sərəncamlar imzalayıb. Ümummilli Liderin bu diqqət və qayğısının nəticəsi idi ki, 2002-ci ildə o, “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü.
Kafedra müdiri Vüqar Rəhimzadə Ümummilli Liderin siyasətini müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlərə diqqət çəkib. Bildirib ki, medianın inkişaf səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir. Hər dövrün öz tələbləri var. Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə, o cümlədən mətbuatda təkmilləşməni, yeniləşməni bir tələbə çevirdi. Dövlətimizin başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı da bu təkmilləşmənin, yeniləşmənin bariz nümunəsidir. Fərmana uyğun olaraq “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi qısa müddətdə ölkəmizdə mətbuat sahəsində islahatların daha da dərinləşdirilməsində öz sözünü deyir. Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini də zərurətə çevirdi. Bu məqsədlə “Media haqqında” Qanun qəbul edildi.
Elmi sessiyada Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev çıxış ediblər.
Vurğulanıb ki, Ümummilli Lider tərəfindən mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsi, söz və mətbuat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün media sektoru daha da inkişaf edir, dövrün tələblərinə yüksək səviyyədə cavab verir.
Sonda Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının professoru Etibar Babayevin Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Əbədi müstəqillik tarixi yazan lider Heydər Əliyev” adlı filmi nümayiş etdirilib.
Tehsil-press.az