Ali Attestasiya Komissiyasının sədri: 2019-2022-ci illərdə 1328 müdafiə keçirilib

Ali Attestasiya Komissiyasının sədri: 2019-2022-ci illərdə 1328 müdafiə keçirilib Hesabat dövrü ərzində 1115 nəfərin fəlsəfə doktoru, 213 nəfərin elmlər doktoru elmi dərəcəsi alması üçün 1328 müdafiə keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev “2019-2022-ci illər ərzində Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərmiş dissertasiya şuralarının fəaliyyətinin nəticələrinə dair” yığıncağında məlumat verib.
Sədr qeyd edib ki, ən çox filologiya elmləri sahəsində müdafiələr təşkil edilib. Bu elm sahəsi üzrə 260 müdafiə prosesi olub. Növbəti yerdə iqtisadi elmləri sahəsi təşkil edir. Bu elm sahəsində isə 161 dissertasiya müdafiə olunub. Üçüncü yerdə isə tibb elmləri sahəsi yer alıb. Bu sahə üzrə də 157 müdafiə keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər