UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova “Erasmus+” mübadilə proqramı çərçivəsində İspaniyanın Kordoba və Leon universitetlərində olub.
Proqram çərçivəsində keçirilən “Beynəlxalq həftələr”də Mərakeş, Filippin, Hindistan, Bosniya və Herseqovina, Albaniya, Boliviya, Gürcüstan və Ukraynanın ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirilib, universitetlərarası əməkdaşlıq imkanları müzakirə olunub.
Nərmin İbrahimova Kordoba Universitetinin Biznes və Hüquq Məktəbi və Humanitar Elmlər Məktəbində, eləcə də Leon Universitetində UNEC-in tədris proqramları barədə geniş təqdimatla çıxış edib. Həmçinin “Erasmus+” mübadilə proqramı çərçivəsində Kordoba və Leon universitetlərində mübadilədə iştirak edən UNEC tələbələri ilə görüşərək, onların təlim-tədris, imtahan prosesləri ilə maraqlanıb.
Tehsil-press.az