Polşalı professor UNEC-də mühazirə keçib

Polşalı professor UNEC-də mühazirə keçib Polşanın Kazimerz Vielki Universitetinin professoru Adam Jakuszevicz qonaq-mühazirəçi qismində UNEC-də olub.
“Erasmus+” mübadilə proqramı çərçivəsində UNEC-də olan polşalı professor Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova və Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri Nərgiz Hacıyeva ilə görüşüb. Görüşdə universitetlərimiz arasında potensial elmi əməkdaşlıq imkanları haqqında müzakirə aparılıb.
Mübadilə proqramı çərçivəsində Adam Jakuszevicz UNEC-in “SABAH” Mərkəzində tələbələrə “Biznes etikasında seçilmiş mövzular” haqqında mühazirə keçib, onların suallarını cavablandırıb.

Tehsil-press.az




Oxşar xəbərlər