2022-ci ilin 01 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan iqtisadiyyatı (infoqrafika)” kitabının təqdimatı olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan, professor Ədalət Muradov və dosent Elşən Bağırzadənin müəllifliyi ilə yazılan kitabın təqdimatında MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov müəllifləri təbrik edib və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimləri tərəfindən hazırlanan kitabın əhəmiyyətindən danışıb. Kitabın Azərbaycan iqtisadiyyatına dair fərqli baxış və müasir yanaşma ortaya qoyduğunu vurğulayan rektor əsərin böyük zəhmət hesabına ərsəyə gəldiyini bildirib. Rəqəmlərin dili ilə daha çox məlumatın təqdim edildiyini diqqətə çatdıran Ş.Bayramov infoqrafik kitab üçün seçilən kompleks təhlil, unikal format və uğurlu dizayn barədə fikirlərini bölüşüb. Azərbaycan iqtisadiyyatının faktiki olaraq bütün sahələrini əhatə edən kitabın yalnız rəsmi mənbələrə əsaslanan məlumatları əks etdirdiyini deyən rektor kitabı professor-müəllim heyəti, tələbələr, magistrantlar və doktorantlar üçün qiymətli bir əsər kimi dəyərləndirib.
“Azərbaycan iqtisadiyyatı (infoqrafika)” kitabının MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində müvafiq fənlərin tədrisində və elmi fəaliyyətdə geniş istifadə ediləcəyinə əminliyini bildirən Ş.Bayramov UNEC və MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın önəmindən danışıb.
Sonra, təqdim olunan kitabın bölmələrinə uyğun olaraq, MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov “Azərbaycan iqtisadiyyatının tarixinə qısa baxış”, Sənayenin təşkili və idarəetmə kafedrasının müdiri, dosent Emiliya Hüseynova “Qlobal iqtisadiyyat, iqtisadi sistem və iqtisadi siyasət”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli “Monetar siyasət, beynəlxalq maliyyə və tədiyyə balans”, İqtisadiyyat kafedrasının müdir əvəzi, baş müəllim Arif Tağıyev “İqtisadi resurslar, iqtisadi artım və ölkə iqtisadiyyatının perspektivləri” və Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov “Texnoloji inkişaf, karbohidrogen ehtiyatları və gəlirlərin idarə edilməsi” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda müvafiq mövzular üzrə kitabın müəlliflərinin fikirlərindən və irəli sürdükləri arqumentlərdən bəhs olunub.
Daha sonra, tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan kitab haqqında müzakirələr aparılıb.
Tehsil-press.az