Azərbaycan Dillər Universitetinin (ADU) Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri şagirdlərlə birgə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriblər.
Tədbirdə çıxış edən məktəbin dərs hissə müdiri Naibə Rüstəmova bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa aparıb. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib.
Digər çıxış edənlər də Ulu Öndərin şərəfli həyat yolundan və fəaliyyətindən danışıblar.
ADU-nun tələbəsi Nərgiz Muradova Ümummilli Lider Heydər Əliyevin müasir dünyanın siyasi tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, müdrik dövlət xadimi kimi fəaliyyəti haqqında ingilis dilində məlumat verib.
Bədii hissədə şagirdlər şeirlər səsləndiriblər.
Tədbir iştirakçıların “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” musiqisinin ifası ilə yekunlaşıb.
Tehsil-press.az