İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Code Academy”nin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Qonaqlarla görüşdə universitetin rektoru professor Gülçöhrə Məmmədova ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılması və mövcud mühitin inkişafı ilə bağlı çağırışlara diqqət çəkərək AzMİU-nun hər iki qurumla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Universitet, burada aparılan kadr hazırlığı, tədris prosesi, laboratoriya imkanları və elmi potensial haqqında ətraflı məlumat verən rektor qeyd edib ki, ixtisasından asılı olmayaraq tələbələrin informasiya texnologiyaları biliklərinə yiyələnməsi onların karyera imkanlarını genişləndirir. AzMİU-da bu istiqamətdə kurslar təşkil olunub və bu iş bundan sonra da davam etdiriləcək.
İRİA-nın sədri İnarə Vəliyeva rəhbərlik etdiyi qurumun AzMİU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O qeyd edib ki, innovasiya ekosisteminin inkişafı üçün agentliyin əsas hədəfi ölkəmizin kadr potensialının gücləndirilməsidir və bununla əlaqədar universitetlərlə sıx əməkdaşlıq nəzərdə tutulub.
İnarə Vəliyeva agentliyin mövcud və perspektiv layihələri, təqaüd proqramları, eləcə də əməkdaşlıq formatları haqqında da ətraflı məlumat verib.
“Code Academy”nin direktoru Ülvi Aslanov rəhbərlik etdiyi şirkət və burada təşkil olunan kurslar haqqında danışıb. O, informasiya texnologiyaları üzrə qlobal trendlər, beynəlxalq və milli çağırışlar, eləcə də yaxın gələcəkdə formalaşa biləcək imkanlarla bağlı məlumat verib.
Görüş nümayəndə heyətlərinin iştirakı ilə müzakirələrlə davam etdirilib. Tərəflər “Code for Future”, eləcə AzMİU tələbələrinin də cəlb olunduğu “Huawei Academy” layihələri və bu layihələr üzrə əməkdaşlıq məsələlərini geniş müzakirə ediblər.
Tehsil-press.az