Tələbələr “Code Academy”nin təqaüd proqramı barədə məlumatlandırılıb

Tələbələr “Code Academy”nin təqaüd proqramı barədə məlumatlandırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin memarlıq və dizayn ixtisasında təhsil alan tələbələri üçün “Karyeranı yüksəlt – Game Art&Design tədrisi” barədə məlumat sessiyası keçirilib.
Sessiyada informasiya texnologiyalarının tədrisi sahəsində ölkəmizdə fərqlənən “Code Academy”nin “Game Art & Design” təqaüd proqramı haqqında ümumi məlumat verilib.
Universitetin Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə “Code Academy”nin “Game Design & Development” üzrə təhsil koordinatoru Azerin Vuranok təmsil etdiyi şirkət barədə ətraflı məlumat verib. O, müəssisə tərəfindən tam təqaüdlü, eləcə də ödənişsiz təlimlərə start verdiyini qeyd edib və proqram haqqında danışıb. Azerin Vuranok oyun dünyasının sirlərini öyrənmək, hazırladığı oyunlarla həm ölkə daxilində, həm də ölkə xaricində fərq yaratmaq istəyən, əldə edəcəyi bilik və təcrübəsini daha sonra tədris etməkdə maraqlı olan gəncləri bu proqramda fəal iştiraka səsləyib.
Daha sonra “Code Academy”nin nümayəndələri – Leyla Talıbzadə və Fərid Dünyamalıyevin təqdimatları dinlənilib və tələbələrin sualları cavablandırılıb.
Ölkədə ilk dəfə keçiriləcək intensiv tədris proqramına əsaslanan bu layihə çərçivəsində iştirakçılar https://game.code.edu.az/ səhifəsində qeyd olunan şərtlər əsasında seçiləcək və tədrisi uğurla bitirdikdən sonra “Code Academy” və onun təsis etdiyi “Game studiyada” iş imkanı əldə edə biləcəklər.
Qeyd edək ki, 2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir.

Tehsil-press.az



Oxşar xəbərlər