“Türkiyənin Həsən Kalyoncu Universitetinin müəllimi AzTU-da olub

“Türkiyənin Həsən Kalyoncu Universitetinin müəllimi AzTU-da olub Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Həsən Kalyoncu Universiteti arasında “Erasmus+ KA1” proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir.
Əməkdaşlıq çərçivəsində Həsən Kalyoncu Universitetinin Pilotsuz uçuş aparatlarının texnologiyası və əməliyyatları kafedrasının müəllimi Metehan Atay AzTU-da olub.
AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində tələbə və akademik heyətlə görüşən qonaq tədris infrastrukturu ilə yaxından tanış olub. Metehan Atay dərslərdə iştirak edərək tələbələrə mövzu üzrə mühazirə oxuyub.
Qonaq, həmçinin Radiotexnika və telekommunikasiya kafedrasının texniki bazası və laboratoriyaları ilə yaxından tanış olub və birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparıb.

Tehsil-press.az


Oxşar xəbərlər