BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. Bu gün AzEdu.az və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb.
Modern Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı qalib tələbələri təbrik edib, onara təhsil həyatlarında uğurlar arzulayıb. Qeyd edilib ki, AzEdu.az təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə” siyahısını tərtib edib. Siyahıya BDU-dan da 10 tələbə daxil edilib.
İnteraktiv formada keçən görüşdə tələbələr layihə ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər. Sonra onlara sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər