ADNSU və “AzEdu Academy” Tədris Mərkəzi əməkdaşlığa başlayır

ADNSU və “AzEdu Academy” Tədris Mərkəzi əməkdaşlığa başlayır Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı “AzEdu Academy” Təhsil Mərkəzinin əməkdaşları ilə görüşüb.
Görüşdə ADNSU tələbələrinin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ADNSU-nun kontingenti üçün Təhsil Mərkəzi tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi təşkil ediləcək, tələbələr üçün beynəlxalq sertifikatlı kurslar keçiriləcək.
Eyni zamanda, universitet tərəfindən irəli sürülən layihələrə birgə dəstəyin verilməsi və tələbələrin peşə təcrübəsinin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.
Sonra birgə əməkdaşlığın təmin olunması məqsədilə memorandum imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər