“Vətən müharibəsi mövzusunda bədii ədəbiyyatın nəşri” - elmi seminar

“Vətən müharibəsi mövzusunda bədii ədəbiyyatın nəşri” - elmi seminar Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi mövzusunda bədii ədəbiyyatın nəşri” mövzusunda elmi seminar olub.
Seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının doktorantı Afaq Məmmədova mövzu ilə bağlı məruzə edib. A.Məmmədova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandıq. Böyük Zəfər Ümummilli Lider Heydər Əliyevin banisi və qurucusu olduğu müstəqil Azərbaycan dövlətini daha da qüdrətləndirdi. O vurğulayıb ki, müharibə və postmüharibə dövründə baş verən proseslər, Qarabağın mədəniyyəti, elm, təhsil mühiti elmi araşdırmaların, tədqiqat işlərinin mövzusu kimi meydana çıxır, bütün bunlar barədə alimlərin fikirləri və qənaətləri ictimaiyyətə təqdim olunur. “Eyni zamanda, Vətən müharibəsi mövzusunda yazılan bədii əsərlər də ciddi şəkildə araşdırılmalı və təbliğ olunmalıdır. Çünki bu tarixi Zəfər ədəbiyyatımıza yeni impulslar verib, yeni mövzuların, obrazlar sisteminin yaranmasına zəmin yaradıb. Xüsusilə azad Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi bu istiqamətdə olduqca mühüm addımdır”, - deyə Afaq Məmmədova bildirib.
Məruzədə tarixi Qələbədən keçən dövr ərzində ölkənin aparıcı nəşriyyatları tərəfindən Vətən müharibəsi mövzusunda nəşr olunmuş kitablar müxtəlif aspektlərdən təhlil olunub. Eyni zamanda, ötən dövr ərzində ölkə nəşriyyatlarının Vətən müharibəsi mövzusunda çap etdiyi kitablar ad və tiraj göstəriciləri üzrə təqdim olunub.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər