BDU-nun Biologiya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş olub

BDU-nun Biologiya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş olub Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri görüşdə Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etdiyini, böyük Zəfər qazandığımızı vurğulayıb. O, Vətən müharibəsində düşmənə qarşı döyüşən, şanlı tarix yazan hərbçilərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlardan danışıb, əldə edilən Qələbənin Prezident-xalq-ordu birliyinin nəticəsi olduğunu deyib.
A.Məmmədova gəncləri vətənpərvərliyə çağırıb.
Professor Nuru Məmmədov ermənilərin işğalçılıq siyasəti, Vətən müharibəsində qazandığımız Zəfərin əhəmiyyəti və yaratdığı reallıqlar barədə gəncləri məlumatlandırıb.
Vətən müharibəsi iştirakçıları Tərlan Babaşov, Fərahim Əmirli, Lətif Əliyev, Savalan Maqsudov, Elgün Əsgərov keçdikləri döyüş yolları ilə bağlı xatirələrini danışıblar.
Sonra tələbələr tərəfindən Vətən, qəhrəmanlıq mövzularında şeirlər, mahnılar ifa olunub, videoçarxlar nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər