BDU-nun Tarix fakültəsində “Beynəlxalq münasibətlər tarixində dönüş yaradan 44 gün” mövzusunda elmi seminar

BDU-nun Tarix fakültəsində “Beynəlxalq münasibətlər tarixində dönüş yaradan 44 gün” mövzusunda elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş elmi seminar keçirilib.
Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı qazandığımız şanlı Zəfərin tariximizin ən parlaq səhifəsi olduğunu bildirib. O, Zəfərimizin böyük qürur hissləri doğurduğunu söyləyib.
Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçirilən tədbirdə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov “Beynəlxalq münasibətlər tarixində dönüş yaradan 44 gün” mövzusunda məruzə ilə çıxış edib.
Y.Mahmudov bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə bu gün Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanır. Vətən müharibəsi zamanı qazandığımız Böyük Qələbə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyətli mövqeyi, məharətli diplomatiyası nəticəsində əldə edilib. Böyük Qələbə əsgərlərimizin igidliyi, qəhrəmanlığı sayəsində qazanılıb. Artıq Azərbaycanın həyatında yeni dövr başlayıb, Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır.
Vurğulanıb ki, Vətən müharibəsi zamanı qazandığımız Zəfər bizim doğma torpağımıza sonsuz sevgimizi dünyaya göstərdi.

Tehsil-press.az


Oxşar xəbərlər