Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etdiyini, Böyük Zəfər qazandığımızı vurğulayıb.
Rektor Böyük Zəfərimizin əhəmiyyətindən danışıb və qeyd edib ki, Qələbəmiz bizim vətənpərvər, qəhrəman xalq olduğumuzu bütün dünyaya göstərdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan xalqı tarixində çox uğurlara imza atıb. “44 günlük Vətən müharibəsi zamanı qazanılan möhtəşəm Zəfərə qədər yola nəzər salsaq, ulu öndər Heydər Əliyevin dövlət, ordu quruculuğu istiqamətində apardığı siyasətini və məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsinin nəticəsini görərik”.
Komitə sədri vurğulayıb ki, Vətən müharibəsi zamanı Böyük Qələbənin əsasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli maraqları ifadə edən qətiyyətli siyasəti, təcrübəli idarəetmə bacarığı dayanır. Böyük Zəfərə görə Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Böyük Zəfərə görə Vətən yolunda canlarından keçmiş şəhidlərimizə borcluyuq. Böyük Zəfərə görə igid əsgər və zabitlərimizə borcluyuq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsi zamanı qazandığımız Zəfərin sonsuz qürur hissi doğurduğunu deyib. O bildirib ki, Ali Baş Komandanın siyasəti, Ordumuzun gücü, xalqımızın birliyi ilə Vətən müharibəsində Zəfər qazandıq.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə qızıl həriflərlə yazıldığını vurğulayıb.
Vətən müharibəsi iştirakçısı baş gizir İlqar Cahangirov, qazilər Mobil Əhmədzadə və Ayaz Allahverdiyev çıxış edərək keçdikləri döyüş yolları ilə bağlı xatirələrini danışıblar.
Tədbirdə şəhid kapitan Həmidağa Hüseynzadəyə həsr olunan “Bayraq oldum, enmədim!” adlı film təqdim edilib. Sonda şəhidin atası Bağı Hüseynzadə çıxış edərək oğlunun Vətən uğrunda şəhidlik Zirvəsinə ucalmasından qürur duyduğunu bildirib. Şəhid atası gənclərimizi daim vətənpərvər olmağa çağırıb.
Tehsil-press.az