UNEC-də Empirik Tədqiqatlar Mərkəzinin təşkil etdiyi sosial elmlər üzrə gənc tədqiqatçıların beynəlxalq konfransının (International Conference of Young Social Science Researchers-ICYSSR 2023) ikinci günündə müxtəlif ölkələrdən olan tədqiqatçıların iştirakı ilə panel sessiyaları keçirilib. Panellərdə gənc tədqiqatçıların sosial elmlərin müxtəlif sahələri üzrə elmi tapıntıları geniş müzakirə olunub.
Bu barədə Empirik Tədqiqatlar Mərkəzinin rəhbərinin müavini Nicat Muradzadə məlumat verib. O bildirib ki, konfransa 12 ölkədən çoxsaylı müəlliflər tərəfindən məqalələr daxil olub. On beş ölkədə 32 təşkilatda çalışan qabaqcıl ekspertlərin şəffaf rəyvermə və təşkilatçılıq prosesində iştirakı təmin edilib. Eyni zamanda, konfrans öz tədqiqat bacarıqlarını inkişaf etdirmək niyyətində olan tədqiqatçılar üçün də bir çox fürsətlər təqdim edib. Konfransa hazırlıq prosesi zamanı 3 dəfə elmi yazı bacarıqlarının artırılması üçün təlimlər keçirilib, Böyük Britaniyanın Kembric Universitetindən ekspert bu tədbirlərə cəlb olunub. Mayın 26-da keçirilmiş plenar sessiyada isə Polşadan dəvət olunmuş Sosioloji Tədqiqatlar Mərkəzinin rəhbəri professor Yuri Bilan elmi nəşrlər və elmi fəaliyyət barədə təqdimatla çıxış edib. Bununla da, konfrans öz işini başa çatdırıb.
Tehsil-press.az