Azərbaycan Universitetində Gənc Tədqiqatçıların VI respublika elmi konfransı keçirilib

Azərbaycan Universitetində Gənc Tədqiqatçıların VI respublika elmi konfransı keçirilib Azərbaycan Universitetində Gənc Tədqiqatçıların VI respublika elmi konfransı keçirilib. Konfransa Bakıda, regionlarda, AMEA-nın, Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən ali təhsil müəssisəsi, elmi-tədqiqat institutlarında oxuyan, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçıların 145 məruzəsi qəbul olunub. Konfrans iştirakçıları gün ərzində əldə etdikləri elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül səbəti qoyub, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq elmi konfrans və tədbirlərdə iştirakın gənc tədqiqatçılar üçün əhəmiyyətini vurğulayıb. Prorektor qeyd edib ki, Azərbaycan Universitetində 2018-ci ildən başlayaraq hər il ənənəvi olaraq təşkil olunan tədbirdə gənc tədqiqatçılara təkcə elmi platforma yox, həm də ünsiyyət platforması təqdim edilir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin koordinatoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəfəq Əhmədova çıxışında elmi tədqiqat işlərinin hazırlanması və təqdimatında, o cümlədən elmi-pedaqoji kadrların yetişməsində konfransların əhəmiyyətini diqqətə çatdırıb. Şəfəq Əhmədova Azərbaycan Universitetinin son illərdə əldə etdiyi elmi nailiyyətlər ilə tanış olduğunu da sözlərinə əlavə edib.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev bildirib ki, yeni geosiyasi və tarixi reallıqda gənc tədqiqatçılarının üzərinə Azərbaycan tarixini, mədəniyyətini və elmini dünya miqyasında təbliğ etmək və tanıtmaq kimi məsuliyyətli vəzifə düşür. Qonaq bu istiqamətdə beynəlxalq elmi bazaların imkanlarından istifadə etmənin zəruliyini qeyd edib.
Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski konfransa əldə etdikləri yenilik və nəticələri təqdim edən tədqiqatçılara təşəkkür edib və öz tövsiyələrini verib. Açılış nitqlərinin ardından Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva iştirakçıları tədbirin proqramı ilə tanış edib və bölmə iclasları haqqında məlumat verib.
Açılışın ardından konfrans işini “Tarix və hüquq”, “Filologiya-1”, “Filologiya-2”, “İqtisadiyyat-1”, “İqtisadiyyat-2”, “Sosiologoya”, “Riyaziyyat, fizika və İKT” olmaqla 7 bölmə iclasında davam etdirib.
Tədbir bağlanış mərasimi ilə başa çatıb.

Tehsil-press.az

Azərbaycan Universitetində Gənc Tədqiqatçıların VI respublika elmi konfransı keçirilibAzərbaycan Universitetində Gənc Tədqiqatçıların VI respublika elmi konfransı keçirilibAzərbaycan Universitetində Gənc Tədqiqatçıların VI respublika elmi konfransı keçirilib


Oxşar xəbərlər