Ağac emalı və mebel sənayesi üzrə işəgötürənlərlə görüş keçirilib

Ağac emalı və mebel sənayesi üzrə işəgötürənlərlə görüş keçirilib Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin yaradılması” layihəsi çərçivəsində dövlət-özəl tərəfdaşlığı üzrə dəyirmi masa keçirilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilən görüşdə “Ağac emalı və mebel sənayesi” istiqaməti üzrə fəaliyyət göstərən işəgötürən təşkilatların, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və peşə təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.
Görüşdə “Ağac emalı və mebel sənayesi” istiqaməti üzrə mebel ustası, dülgər, üzlükçü-dizayner ixtisaslarının yeni hazırlanan təhsil proqramlarının (kurikulumları) və tədris materiallarının (dərslikləri) işəgötürənlərin tələblərinə uyğunlaşdırılması üçün onların rəy və təklifləri öyrənilib. Bununla yanaşı, qeyd edilən ixtisasların tədrisi üçün müvafiq peşə təhsili müəssisələri ilə işəgötürənlərin əməkdaşlığının qurulması və tələbələrin iş yerində təcrübə keçmələrinin təmin edilməsi, bu sahədə özəl sektorla əməkdaşlıq müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər