Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) prezident seçkilərinin birinci turundan bir gün əvvəl çevriliş hazırlığı barədə məlumat alıb.
Şənbə günü (13 may) saat 13:00-da (Bakı vaxtı ilə 14:00) dəniz piyadalarının S.T. adlı mayoru MİT-in Çanaqqaladakı regional bölməsinə gedib və bildirib ki, Türkiyədə 2016-cı ilin 15 iyun çevrilişinə cəhdin eynisi törədiləcək.
Məlumata çox ciddi yanaşılıb. MİT, Milli Müdafiə Nazirliyi, Baş Qərargah və Prezident Administrasiyası məsələdən xəbərdar edilib.
Bütün kazarmalar və hərbi bazalarda növbə ilə axtarışlar aparılıb. Kazarmalara giriş-çıxış məhdudlaşdırılıb.
Sonradan məlum olub ki, məlumatı gətirən S.T. adlı şəxs yalan danışır, onun psixi problemləri var. Amma buna baxmayaraq, hərbi baza və kazarmalarda ehtiyat tədbirləri mayın 28-dək saxlanılıb.
Tehsil-press.az