BSU-nu 40 il öncə bitirən bir qrup məzun imtahan sessiyasını izləyib

BSU-nu 40 il öncə bitirən bir qrup məzun imtahan sessiyasını izləyib Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
Universiteti 40 il əvvəl bitirən bir qrup məzun rektor Anar Nağıyevlə birlikdə imtahan sessiyasının gedişini izləyib.
İlk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub. 400 tələbə eyni vaxtda bir zalda imtahan verə bilir. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər