Azərbaycan Dillər Universitetində imtahan sessiyası davam edir

Azərbaycan Dillər Universitetində imtahan sessiyası davam edir Azərbaycan Dillər Universitetində (ADU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası uğurla davam edir.
Universitetin rektoru akademik Kamal Abdulla imtahanların gedişi ilə tanış olub, imtahan suallarına baxış keçirərək tələbələri dinləyib və onlara uğurlar arzulayıb.
Universitetdə imtahanlar 3 növbədə təşkil olunub. Gün ərzində təxminən 1500 tələbə imtahan verir.
İmtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir.
ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

Tehsil-press.az


Oxşar xəbərlər