BDU-da 4 min 821 tələbə imtahan verib

BDU-da 4 min 821 tələbə imtahan verib Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
Imtahanlarda 4 min 821 tələbə iştirak edib. Bakalavriatura səviyyəsində 195 qrup üzrə 4 min 298 tələbə, magistratura səviyyəsində 108 ixtisaslaşma üzrə 523 gənc imtahan verib. Ümumilikdə sessiya ərzində bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1975 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.
Sessiya fevralın 3-də başa çatacaq.

Tehsil-press.az



Oxşar xəbərlər