Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir

Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində görkəmli yazıçı Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Tədbiri açan AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov ədibin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Sonra Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Tehran Mustafayev Mir Cəlal Paşayevin bədii yaradıcılığı haqqında dolğun və geniş məruzə ilə çıxış edib.
Tədbirdə filologiya elmləri doktoru, professor Tahirə Məmməd Mir Cəlal Paşayevin alim kimi fəaliyyətindən və ədəbi-nəzəri görüşlərindən danışıb, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova isə yubilyarın yaradıcılığında müharibə mövzusundan söz açıb. Memarlıq və İncəsənət İnstitutunun doktorantı Fidan Rzayeva isə Mir Cəlalın səhnə əsərləri haqqında məlumat verib.

Tehsil-press.az




Oxşar xəbərlər