Təhsil İnstitutunun doktorantları və müvafiq şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC tərəfindən təlimlər keçirilir.
Təlimlər ümumilikdə 27 nəfərdən ibarət 2 qrup üçün “Akademik yazı”, “Tədqiqat metodları” və “Statistik və analitik təhlil” modullarından ibarətdir. Mayın 23-dən başlanan “Tədqiqat metodları” təlimləri iyunun 9-da yekunlaşıb. “Statistik və analitik təhlil” moduluna payız aylarında başlanılması nəzərdə tutulur.
Təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi və eyni zamanda, ADA Universitetinin baş müəllimi, dövlət idarəetməsi üzrə bakalavr və magistr proqramının direktoru vəzifəsində çalışan Lalə Cumayeva tədris edib.
Sonda təlimləri uğurla bitirən 26 nəfərə sertifikat təqdim olunub.
Qeyd edək ki, təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda çap olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulur. Məqsəd isə Azərbaycanda təhsil sahəsində yüksəkkeyfiyyətli tədqiqatların artmasına nail olmaqdır.
Tehsil-press.az