Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ARETN) Fizika İnstitunda 2021/2023 tədris ilinin magistrantlarının dissertasiya işlərinin müdafiəsi olub. Müdafiə “Nəzəri və riyazi fizika” (3 nəfər) , “Kvant elektronikası” (3 nəfər) ixtisası üzrə keçirilib.
Fizika İnstitutunun icarçı direktoru, fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimovun rəhbərlik etdiyi İxtisaslaşdırılmış Müdafiə Şurasının sədr müavini isə biologiya elmləri doktoru Kərim Qasımov olub. 11 nəfərlik Şura üzvlərindən Kərim Qasımov, fizika üzrə fəlsəfə doktoru Rasim Aslanov ARETN Biofizika İnstitutunun, fizika elmləri doktoru Famin Salmanov və fizika üzrə fəlsəfə doktoru Rəxsanə Məmişova isə ARETN Radiasiya Problemləri İnstitutunu təmsil edirdilər.
Magistrantlar dissertasiya işlərini uğurla müdafiə edərək məqbul nəticə göstəriblər.
Magistrantların müdafiəsində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Aparatının Elm və Təhsil şöbəsinin müdiri, texnika elmləri doktoru, Hüseyn Hüseynov iştirak edib.
Qeyd edək ki, iyunun 24 və 26-da magistrantların dissertasiya işlərinin ilkin müzakirə aparılıb.
Növbəti müdafiə iyunun 13-də bioloji sistemlər fizikası (4 nəfər) və radiasiya materalşünaslığı (1 nəfər) ixtisasları üzrə keçiriləcək.
Tehsil-press.az