İyunun 14-də ADA Məktəbində “Məzun günü” keçirilib.
2022-2023-cü akademik il üzrə ADA Məktəbində təhsil alan 192 məktəbli məzun adını qazanıb.
Məktəbin pedaqoji kollektivinin, şagirdlərinin və onların ailə üzvlərinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra tədbirin aparıcıları Fatimə Əlizadə və Zəfər Şeydayev ADA Məktəbində yaşadıqları fərqli, uğurlarla dolu şagird həyatından bəhs ediblər.
Daha sonra ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal səhnəyə dəvət edilib. Vəfa Kazdal ADA Məktəbinin və onun şagirdlərinin əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, onların beynəlxalq olimpiadalarda ölkəmizi uğurla təmsil etdiyini bildirib.
“Burada yalnız sinifdaxili dərslər keçirilmir. Müəllimlərimiz şagirdləri dərsdənkənar fəaliyyətlə məşğul olmağa sövq edir və onları geniş dünyagörüşünə malik şəxsiyyət kimi yetişdirirlər”, - deyə prorektor əlavə edib.
Tədbir zamanı ADA Məktəbinin yüksək akademik nəticələri ilə fərqlənən doqquz məzununa sertifikatlar təqdim edilib.
Məktəbin məzunları adından çıxış edən İnci Açak təhsil müddətində öz sinif yoldaşları ilə olan xatirələrini bölüşüb və qazandığı təcrübələrdən danışıb. İ.Açaq bu dövrdə onlara dəstək olan müəllim və valideynlərə minnətdarlığını bildirib. Tədbirdə, həmçinin Valideyn-Müəllim Assosiasiyasının şagirdlərin uğurunda əvəzsiz töhfələri xüsusilə vurğulanıb.
ADA Məktəbinin Tələbə xidmətləri və təlim-tərbiyə üzrə menecer Samir Cavadov tərəfindən yazılan himn səsləndirildikdən sonra məzunların məktəb həyatını və uğurlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra şagirdlərin akademik və şəxsi inkişafının formalaşdırılmasında əvəzsiz xidmətlərinə görə ADA Məktəbinin fədakar pedaqoqlarına minnətdarlıq ifadə edilib.
Buraxılış tədbirində ADA Məktəbinin şagirdləri Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirən milli mahnı və rəqslərlə çıxış edib, fərqli janrlarda musiqi ifa ediblər.
Daha sonra ADA Məktəbinin Akademik işlər üzrə şöbəsinin rəhbəri Ramil Mustafayev və akademik işlər üzrə məsləhətçisi Mədinə Əsgərli buraxılış siniflərinə diplomları təqdim edib və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbir mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.
Tehsil-press.az