Açıq havada rəsm müsabiqəsi – tələbələr Ulu Öndərin büstünü təsvir ediblər

Açıq havada rəsm müsabiqəsi – tələbələr Ulu Öndərin büstünü təsvir ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 İyun – Milli Qurtuluş Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Ulu Öndərin izləri ilə” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqə Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə universitetin həyətində açıq havada təşkil olunub. Memarlıq fakültəsinin istedadlı tələbələri qısa müddətdə Heydər Əliyevin universitetin həyətindəki büstünü təsvir ediblər.
AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov tələbələrin rəsm işlərinin Ulu Öndərə məhəbbətin ifadəsi olduğunu bildirib. Qeyd edib ki, AzMİU-da tədrislə yanaşı, tələbələrin fərdi bacarıqlarının inkişafı hər zaman olduğu kimi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev Memarlıq fakültəsinin tələbələrinin öz yaradıcı bacarıqları ilə seçildiyini, sərgilərdə hər zaman fəallıq göstərdiklərini deyib. O, sərginin təşkilində Tələbə Həmkarlar İttifaqı Komitəsinin rolunu yüksək qiymətləndirib, belə sərgilərin davamlı olmasını arzulayıb.
Sonda münsiflər heyəti rəsmlərə baxış keçirib. Ən gözəl rəsmlərin müəllifləri diplomlarla təltif edilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gənc nəslin Ülu Öndər Heydər Əliyevə olan ehtiramını ifadə etmək, yaradıcı bacarığını formalaşdırmaq, onların asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər