BDU-nun tələbələri Dilçilik İnstitutunda elmi seminarda iştirak ediblər

BDU-nun tələbələri Dilçilik İnstitutunda elmi seminarda iştirak ediblər AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhriyar və ana dili” mövzusunda elmi seminar keçirilib. Seminarda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin institutda istehsalat təcrübəsi keçən tələbələri də iştirak ediblər.
Seminarda Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli tələbələrin istehsalat təcrübəsinin gedişi ilə maraqlanıb. Elm və təhsil əlaqələrindən bəhs edən Nadir Məmmədli tələbələrin iştirakı ilə təşkil olunan elmi seminarın əhəmiyyətini vurğulayıb.
Seminarda tələbələrdən Elnarə Nəzərova “Şəhriyarın farsca şeirlərinin dil xüsusiyyətləri”, Ayxan Babayev “Məhəmmədhüseyn Şəhriyarın türkcə yazmaq səbəbləri”, Əminə Nuriyeva “Heydərbabaya salam” poemasının linqvistik xüsusiyyətləri”, Sənan Qasımov və Gülavaz Babazadə “Şəhriyar və türk dilinin saflığı” mövzularında məruzələrlə çıxış ediblər.
İnstitutun icraçı direktoru dosent Baba Məhərrəmli, elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva, professor İlham Tahirov, Təhsil şöbəsinin müdiri dosent Rasim Heydərov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Günel Orucova çıxışlarında Bakı Dövlət Universiteti ilə əlaqələrin yeni mərhələsindən bəhs ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər