Dilçilik İnstitutunda Gənclər Günü qeyd edilib

Dilçilik İnstitutunda Gənclər Günü qeyd edilib AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Professor Nadir Məmmədli qeyd edib ki, Vətən müharibəsində gənclərimizin yüksək fiziki və mənəvi hazırlığı, vətənpərvərlik hissi əməldə sübut olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Ordumuzun sıralarında gənclərimizin tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir. Gənclərin milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətidir.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiklərini deyib. Günel Orucova institutun gənc elmi işçilərinin ötənilki fəaliyyətlərini yüksək dəyərləndirib.
İclasda çıxış edən gənc alim Şəbnəm Həsənli Qəribova institutda onların fəaliyyətinə daim dəstək verildiyini bildirib.
Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə - dosent Şəbnəm Həsənli Qəribovaya, Elnurə Hüseynovaya, Aysel Əhmədovaya və başqalarına mərhum alim, professor Qara Məşədiyev adına mükafat və təşəkkürnamələr verilib. İclasda Qara Məşədiyev haqqında xoş fikirlər səsləndirilib.

Tehsil-press.az

Oxşar xəbərlər