Kiyevdə partlayış: ölən və xəsarət alanlar var

Kiyevdə partlayış: ölən və xəsarət alanlar var Ukraynanın paytaxtı Kiyevdə çoxmərtəbəli binada qaz partlayışı baş verib.
Bu barədə Kiyev meri Vitali Kliçko Teleqramda bildirib.
O qeyd edib ki, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb:
"Partlayışın Desnyansk rayonunda qeydə alınıb. Dağıntılar altından bir nəfərin meyiti tapılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir”.
Fövqəladə Hallar Dövlət Xidmətindən verilən məlumata görə, 16 mərtəbəli binada qazın partlaması nəticəsində 4 mənzil dağılıb, 6 mənzilə isə ziyan dəyib. 18 nəfər xilas edilib. Fəsadların aradan qaldırılmasına 70 nəfər və 13 texnika cəlb olunub.

Tehsil-press.az


Oxşar xəbərlər