Qərb Putinin zəiflədiyini gördü, gizli plan işə düşdü

Qərb Putinin zəiflədiyini gördü, gizli plan işə düşdü Dünyada Rusiyanın “yeni ölçüyə” keçməsi ilə bağlı yekdil rəy var. İndi Rusiya çevrilişlərin mümkün olduğu ölkədir. Hesab edilir ki, bu krizis Prezident Putinin kəskin şəkildə zəiflədiyini göstərdi. Və Putin hansısa məqamda hakimiyyətdən kənarlaşma ərəfəsində idi.
Bu sözləri rusiyalı tanınmış politoloq Sergey Markov “Vaqner”in 23-24 iyun qiyama cəhdi ilə bağlı bildirib.
O bildirib ki, Rusiyada belə düşünmürlər:
“Qərb Priqojinlə bağlı bütün bu hadisələri Rusiyada Putinin hakimiyyət sisteminin gizli zəifliyinin təzahürü kimi qəbul etdi və belə qənaətə gəldi ki, bu, Qərbin təzyiqinin nəticəsidir. Demək, təzyiqi daha da gücləndirmək lazımdır.
Kopenhagendə Ukrayna münaqişəsinin qapalı müzakirəsi keçirildi. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Sallivanın təmsil etdiyi Qlobal Qərb və AB siyasətçiləri antirusiya sanksiyalarına qoşulmayan əsas ölkələrin diplomatlarının təmsil olunduğu Qlobal Cənubu razı saldılar.
1. Nəticə məlum deyil.
2. Kiyev deyir ki, məhz Ukraynanın təşəbbüsü ilə Zelenskinin “sülh planı” müzakirə olunur. Bu yalandır.
3. ABŞ orada özünün müvəqqəti atəşkəs planını müzakirə edib və Qlobal Cənubu Amerika planı ilə razılaşmaq üçün Moskvaya təzyiq göstərməyə inandırmağa çalışıb. Bu barədə artıq qeyd etdim.
4. Bir az sonra sızmalar olacaq və biz detalları öyrənəcəyik.
5. ABŞ-ın bu görüşdə Ukraynada atəşkəslə bağlı danışıqların iyulda başlaya biləcəyinin müzakirə edildiyi barədə mesajı bütün dünyanı həyəcanlandırdı. Hər kəs bu cür danışıqları ümidlə gözləyir”.

Tehsil-press.az


Oxşar xəbərlər