Makron Fransadakı etirazlara görə Almaniyaya dövlət səfərini təxirə salıb

Makron Fransadakı etirazlara görə Almaniyaya dövlət səfərini təxirə salıb Fransa Prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-4-nə planlaşdırılan dövlət səfərini ölkəsindəki etirazlara görə təxirə salıb.
Bu barədə Almaniya dövlətinin başçısı Frank-Valter Staynmayerin ofisi məlumat verib.
“Emmanuel Makron bu gün Prezident F.V.Staynmayerə zəng edib və ona ölkədəki vəziyyətlə bağlı məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib", - məlumatda deyilib.
Qeyd edək ki, bu, Fransa Prezidentinin son 23 ildə Almaniyaya ilk dövlət səfəri olacaqdı.

Tehsil-press.az


Oxşar xəbərlər