Hindistanın şimalında daşqınlar nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb

Hindistanın şimalında daşqınlar nəticəsində ölənlərin sayı 40 nəfəri ötüb Hindistanın şimalında ardıcıl dörd gündür davam edən güclü yağışlar nəticəsində azı 41 nəfər ölüb. Daha əvvəl 28 nəfərin öldüyü bildirilirdi.
Güclü leysan Dehli rayonuna, Himaçal-Pradeş, Uttarakhand, Pəncab, Haryana, Racastan ştatlarına, Cammu ərazisinə təsir edib.
Ən çətin vəziyyət Himalay dağlarının ətəklərində yaranıb ki, burada leysan yağışlar çoxsaylı sürüşmələrə səbəb olub, yerli çaylar məcrasından çıxıb və bir çox yaşayış məntəqələrini su basıb. Şimal ştatlarının dağlıq rayonlarında yollar dağılıb və su basması səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər