AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda elmi konfrans keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev Ulu Öndərin Azərbaycan tarixindəki mühüm rolundan, Ümummilli Liderin ərazi bütövlüyümüzün qorunması istiqamətində yürütdüyü məqsədyönlü siyasətdən söz açıb. Qeyd edib ki, ömrünü xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə həsr edən Ulu Öndər ərazi bütövlüyü məsələsini daim diqqətdə saxlayıb, əzm və qətiyyətlə mübarizə aparıb.
Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi Yaşar Rəhimov “Heydər Əliyevin hakimiyyətinin birinci dövründə (1969-1982-ci illər) Azərbaycanın sosial-iqtisadi inkişafı”, elmi işçi Nilufər Ağayeva “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında Heydər Əliyevin rolu”, institutun şöbə müdirləri İlhami Əliyev “Müstəqillik illərində Heydər Əliyevin xarici siyasəti və ölkəmizin ərazi bütövlüyü”, Toğrul Xəlilov isə “Heydər Əliyevin regional təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti” mövzusunda məruzə ediblər.
Qeyd olunub ki, uzaqgörən lider Heydər Əliyev məsul vəzifələrdə çalışarkən, eləcə də ölkəmizə rəhbərliyinin hər iki dövründə ərazi bütövlüyü məsələsinə xüsusi həssaslıqla yanaşıb, bu məsələni daim diqqətdə saxlayıb, hələ sovet hakimiyyəti dönəmində ermənilərin əsassız ərazi iddialarının qarşısını qətiyyətlə alıb.
Məruzələrdə Ulu Öndərin ölkəyə rəhbərliyinin birinci dövründə sosial-iqtisadi sahədə qeydə alınan inkişafın göstəriciləri əvvəlki dövrlə müqayisəli təhlil edilib. Vurğulanıb ki, bu uğurlu fəaliyyət Ümummilli Liderin Azərbaycana rəhbərliyinin müstəqillik dövründə də davam edib. Həmçinin Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatlardan, yüksək peşəkarlığa malik hərbçilərin hazırlanması məqsədilə gördüyü işlərdən və həmin tədbirlərin bugünkü nəticələrindən bəhs olunub. Diqqətə çatdırılıb ki, Heydər Əliyevin qətiyyətli mövqeyi ərazi bütövlüyümüzün qorunması və bərpası ilə bağlı dünya liderləri ilə danışıqlarında, tribunalarda etdiyi çıxışlarında, müxtəlif beynəlxalq təşkilatların gündəliyində əksini tapıb. Məhz Heydər Əliyevin dünyaya çatdırdığı Azərbaycan reallıqları, tarixi həqiqətlər bu gün öz bəhrəsini verib.
Tehsil-press.az