AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Heydər Əliyev-99: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinə dövlət qayğısı” adlı elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. Akademik “Azərbaycan arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin inkişafında Heydər Əliyevin rolu” adlı məruzəsində qeyd edib ki, Ümummilli Lider istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə elm də daxil olmaqla, həyatın bütün sahələrinə öz qayğısını əsirgəməyib. Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında da tanındığını qeyd edən G.Baxşəliyeva vurğulayıb ki, Ulu Öndərin uzaqgörən siyasəti onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən artır, ölkəmiz artıq söz sahibi olan qüdrətli dövlətə çevrilib.
İnstitutun baş direktoru, professor Abbas Seyidov “Azərbaycanda arxeologiya, etnoqrafiya və antropologiya elmlərinə dövlət qayğısı” adlı məruzəsində Ulu Öndərin və Azərbaycan Prezidentinin tariximizə, mədəniyyətimizə, arxeoloji və memarlıq abidələrinə olan qayğılarından söz açıb.
Tədbirdə alimlərdən Zaur Həsənov, Hidayət Cəfərov, Güllü Yoloğlu, Əsədulla Cəfərov, Vəfa Mahmudova, Səfər Aşurov və Akif Quliyevin mövzuya dair məruzələri dinlənilib.
Tehsil-press.az